Rəşad Sadıqov: "Biz hər zaman gerçəkləri deyirik"

28
Noy
2025
21:49

"Komanda heç olmasa iki dövrəni bir stadionda oynasa yaxşı olar, hamı ora gedər".

Ölkə xəbər verir ki, bu barədə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XIII turunda "Kəpəz"ə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, bəlkə də bu gün Qəbələdə oynasaydıq, məğlub olardıq:

"Amma oyun daha baxımlı keçərdi. Qəsdən edildiyini düşünmürəm. Sadəcə belə alınır. "İmişli" rəqiblərini Şamaxıda qəbul edirdi. Sonra biz onlarla Qubada pis vəziyyətdə olan meydançada oynadıq. "Turan Tovuz" da həmçinin. Bizim rəqabətdə olduğumuz komandalar ev oyunlarını Bakıda keçirdilər. Amma biz iki dəfə Tovuza gedəcəyik. Bunlar reallıqdır. Biz hər zaman gerçəkləri deyirik. Görməzdən gəldiyimiz, susduğumuz vaxtlar da olur. Artıq 3-4-cü komandadır ki, stadionla bağlı dəyişiklik olur. Biz bundan sonra danışdıq. Təsadüfdən elə alınır ki, rəqabət apardığımız komandalarla bir meydançada oynayırlar, bizimlə başqa meydançada".

Qeyd edək ki, "Kəpəz" - "Zirə" matçı qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.(oxu.az)