Bu gün səhər saatlarında Ukrayna Milli Antikorrupsiya Bürosunun və Xüsusi Antikorrupsiya Prokurorluğunun əməkdaşları Prezident Aparatının rəhbəri Andriy Yermakın hökumət məhəlləsindəki iqamətgahında axtarışlar aparıblar.
Azreform.info xəbər verir ki, bu barədə Antikorrupsiya Bürosu məlumat yayıb.
"Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu Ukrayna Prezident Aparatının rəhbərinin binasında istintaq hərəkətləri (axtarış) aparır. Bu istintaq hərəkətlərinə icazə verilib və istintaq çərçivəsində həyata keçirilir", - məlumatda qeyd olunub.
Antikorrupsiya Bürosu axtarışla bağlı daha sonra ətraflı məlumat verəcək.
Bu axtarışların hansı istintaq çərçivəsində aparıldığı hələlik məlum deyil.
Mürtəza