Venesuela prezidenti Nikolas Maduro Hərbi Hava Qüvvələrinə ABŞ-ın mümkün hücumuna “hazır ol” tapşırığını verib.
Azreform.info xəbər verir ki, belə bir bəyanatla Prezident Maduro ABŞ-ın ölkəsinə qarşı artan təhdidlərinə reaksiya verərkən çıxış edib.
Maduro bildirib ki, ABŞ nə dünya, nə də Venesuela ictimaiyyətinin inanmadığı yalan və şişirdilmiş bəhanələrlə Karib dənizi, Cənubi Amerika və Venesuelanın sülhünü daim təhdid edir.
O bəyan edib ki, əhalinin 82%-i əlində silahla vətənlərini müdafiə etməyə hazırdır.
Mürtəza