Rusiya son 100 ildə 19 ölkəyə hücum edib - Kallas

28
Noy
2025
00:42

Ukrayna ilə bağlı istənilən sülh danışıqları fundamental prinsiplərə əsaslanmalıdır, onun suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və özünümüdafiə hüququna hörmət edilməlidir.

Azreform.info xəbər verir ki, bunu Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas deyib.

"Son 100 ildə Rusiya 19 ölkəyə, təxminən üç-dörd dəfə hücum edib. Bu ölkələrdən heç biri Rusiyaya hücum etməyib", - Kaya Kallas deyib.

Onun sözlərinə görə, gələcək sülh müqaviləsi üçün əsas dərs budur: "Rusiyanın təcavüzü birdəfəlik dayandırmasını və sərhədləri güc yolu ilə dəyişdirə bilməməsini təmin etməliyik".

Kallas vurğulayıb ki, Ukraynaya qarşı müharibədə hər şey aydındır: təcavüzkar Rusiya və  qurban Ukrayna.

Elvin

Azreform.info