Mbappe həftənin oyunçusu seçildi

27
Noy
2025
22:07

İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Azreform.info xəbər verir ki, fransalı futbolçu Liqa mərhələsinin V turunda "Olimpiakos"a (Yunanıstan) qarşı matçda 4 qol vurmaqla komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, mükafata həmçinin Seru Qirassi ("Borussiya", Dortmund, Almaniya), Pyer-Emerik Aubameyanq ("Marsel", Fransa) və Vitinya (PSJ) namizəd idi.