Makron: Fransada yeni könüllü hərbi xidmət modeli gələn iş başlayacaq

27
Noy
2025
19:49

Fransada 2026-cı ilin yayından könüllü hərbi xidmət başlayacaq.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Alp dağlarında yerləşən Varces Hərbi Bazasında çıxış edərkən deyib.

Fransa lideri sistemin tamamilə könüllü olacağını və gələcək müdafiə vizyonunun gənclərlə qurulacağını bildirib. O, 18-19 yaşlı gənclərin xidmətə cəlb ediləcəyini söyləyib.

Makron yeni modelə əsasən, 18 və 19 yaşlı gənc kişi və qadınlar üçün bir aylıq ilkin təlim də daxil olmaqla 10 aylıq könüllü hərbi xidmət müddətinin mövcud olacağını açıqlayıb.

Könüllülərin yalnız Fransa torpağında xidmət edəcəyi və ölkənin müdafiəsinə töhfə verəcəyi bildirilib.

Makron şərtlərin və müraciət meyarlarının 2026-cı ilin yanvar ayında dəqiqləşdiriləcəyini deyib. O əlavə edib ki, könüllülər arasında ən yüksək motivasiyaya malik və ordunun ehtiyaclarını ən yaxşı şəkildə ödəyəcək şəxslər milli orduya daxil ediləcək.

Billurə