Bu qidanı qəbul edən böyük risk altındadır! - Qaraciyərin düşməni, xolesterolu sürətlə artırır

27
Noy
2025
19:00

Marketlərdən “dadlıdır” deyə aldığımız bir çox məhsulun tərkibində fruktoz var. Lakin fruktoz, xüsusilə də rafinə edilmiş formada olduqda, qaraciyər üçün ən təhlükəli maddələrdən biridir. Mütəxəssislər xəbərdarlıq edir ki, fruktoz həm xolesterolu yüksəldir, həm iştahı artırır, həm də metabolizmaya ciddi ziyan vurur.

Bəs fruktoz ən çox hansı qidalarda olur?

Azreform.info fruktozun zərərlərini təqdim edir:

1. Qaraciyər yağlanmasını artırır

Fruktozun böyük hissəsi birbaşa qaraciyərdə metabolizə olunur. Artığı isə trigliseridə çevrilərək yağ yığılmasına səbəb olur. Bu, zamanla alkoqolsuz yağlı qaraciyər xəstəliyi riskini yüksəldir. Xüsusilə yüksək fruktozlu qarğıdalı şərbəti ən təhlükəli mənbələrdən biridir.

2. Kilo artımına səbəb olur

Fruktoz qlükoza kimi toqluq hormonlarını (insulin və leptin) stimullaşdırmır. Toxluq gec hiss edilir, iştah artır. Bu isə daha çox yeməyə və sürətli çəki yığımına gətirib çıxarır.

3. Xolesterolu və trigliseridi yüksəldir

Fruktozun həddindən artıq qəbulu LDL (“pis xolesterol”) ilə yanaşı trigliseridlərin artmasına səbəb olur. Bu, ürək-damar xəstəlikləri üçün böyük risk yaradır.

4. İnsulin müqavimətini gücləndirir

Qlükozanı birbaşa yüksəltməsə də, uzunmüddətli təsiri insulinin fəaliyyətini pozur. Bu da insulin direnci və 2-ci tip şəkərli diabet riskini artırır.

5. Ürik turşusunu artırır – gut xəstəliyini artırar

Fruktoz metabolizması ürik turşusunu yüksəldir. Bu isə gut, oynaq ağrıları və böyrək daşlarının yaranmasına səbəb ola bilər.

6. Həzm pozuntularını ağırlaşdırır

Fruktoza həssas insanlar tez-tez şişkinlik, qaz, qarın ağrısı və ishal yaşayır.

Fruktoz hansı qidalarda çoxdur?

Fruktoza təbii olaraq bəzi qidalarda və emal olunmuş məhsullara əlavə edilən dadlandırıcılarda yüksək miqdarda olur. Fruktozanın ən yüksək mənbələri ümumiyyətlə şərbətlər və konsentrat şəkər tərkibli qidalardır.

1. Əlavə edilmiş şirinləşdiricilər:
• Yüksək fruktozlu qarğıdalı şərbəti
• Agave şərbəti
• Fruktoz şərbəti

2. Şirin içkilər:
• Kola və digər qazlı içkilər
• Enerji içkiləri
• Konsantre hazır meyvə şirələri

3. Paketlənmiş şirniyyatlar:
• Biskvit, tort, kruasan
• Şokolad dolgulu məhsullar
• Konfetlər

4. Şəkərli un məmulatları:
• Şirin çörəklər
• Donut

5. Hazır soslar və sürtgələr (gizli şəkər mənbəyi!)
• Ketçup
• Barbekü sousu
• Hazır salat sousları
• Kakaolu-fındıqlı krem (şəkərli markalarda yüksəkdir)

6. Qurudulmuş meyvələr:
• Quru üzüm
• Quru ərik
• Quru əncir

7. Təbii meyvələr (şərbətlərdən daha təhlükəsizdir):
• Alma
• Armud
• Üzüm
• Mango
• Gilas

Təzə meyvələr fruktoza ehtiva edir, lakin lif, su və vitaminlərlə balanslaşdırıldığı üçün qan dövranına daha yavaş hopur. Əsl risk şərbətlə şirinləşdirilmiş və çox emal olunmuş məhsullardan qaynaqlanır.

Həmidə İbrahimova