Uşaqların gözlərindəki qızarıqlıq bu xəstəlikdən xəbər verir

27
Noy
2025
11:42

Uşaqların göz altı nahiyəsinin belə qızarıq olması onların "allergik uşaq" olmasından xəbər verir. 

Azreform.info xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bu qızarıqlıqların böyrəklə əlaqəli olmadığını söyləyib:

“Yəni bu uşaqların orqanizmi ona yad olan nələrlə isə yüklənib. Bu daha çox şirniyyat, şokolad, paket məhsulları yeyən uşaqlarda olur. Bu əlamət qida intoleransında da olur. Yəni bir qida məhsulunun artıq qəbulu bədəndə yalançı allergik reaksiyalar verə bildiyi kimi bu əlaməti də verir. 

Bu uşaqlarda başqa allergik əlamətlər, yəni burunda, gözdə qaşınma, səpkilər, qulaq arxası beküşdə bişməcə, başda qartmaq, uzun öskürək ola da bilər, olmaya da bilər. Bu çəhrayı kölgəliklər böyrəklə əlaqəli deyil. Qaraşın uşaqlarda çəhrayı deyil, göyümtül kimi görünür . Diqqət etsəniz, görəcəksiniz ki, allergik məhsulları azaldanda çəhrayılıq solur. Əsasən də bağırsaq divarının qıcıqlanmasının önlənməsi mütləqdir”, - deyə o əlavə edib.

Billurə