UEFA Çempionlar Liqası: "Qarabağ" V turdan sonra bir nominasiyada ilk "3-lük"də yer alıb

27
Noy
2025
10:14

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş oyununda rəqiblərdən top almağa görə üçüncü pillədə qərarlaşıb.

Azreform.info -ın məlumatına görə, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 227 dəfə buna nail olublar.

İspaniyanın "Atletik" (257) komandası bu nominasiyada birinci, Belçikanın "Yunion" (246) kollektivi ikincidir.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"yə uduzub - 0:2. "Köhlən atlar" hazırda turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.