NATO Baş katibi: Ukraynadakı müharibə ilin sonunadək bitə bilər

26
Noy
2025
15:07

Ukraynadakı müharibə 2025-ci ilin sonuna qədər başa çata bilər. 

Azreform.info xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib. 

NATO baş katibi hesab edir ki, Moskva ilə müharibəyə son qoymaq üçün saziş imzalansa belə, Rusiya hələ uzun müddət üçün uzunmüddətli təhlükə olaraq qalacaq.

Müharibənin bu ilin sonuna qədər bitib-bitirməyəcəyi ilə bağlı sualı cavablandıran Rutte deyib: “Biz hamımız bu müharibənin mümkün qədər tez bitməsi üçün dua edirik. Mən Prezident Trampın vizyonunun həyata keçirilməsinə kömək etmək üçün əlimdən gələni etmək istəyirəm. Trampın baxışını tamamilə bölüşürəm ki, bu qırğın bitməlidir".

Mürtəza