Bakının bəzi ərazilərinə qazın verilməsi dayandırılacaq

26
Noy
2025
10:00

Bakının bəzi ərazilərində qaz olmayacaq.

Azreform.info  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Ə.Əhmədov, D.Bünyadzadə küçələrinin və Kənar Dairəvi yolun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.