Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ABŞ prezidenti Trampdan Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçilik etmək üçün icazə alıb.
Azreform.info xəbər verir ki, bu barədə Livanın Əl-Əxbar nəşri Qərb mənbələrinə istinadən məlumat yayıb. Dialoqun məqsədi İranın nüvə proqramı və sanksiyalar da daxil olmaqla mübahisəli məsələlərdə razılığa gəlməkdir.
Mənbələrə görə, Məhəmməd ibn Salman razılaşmanın Yaxın Şərqdə sabitlik üçün vacib olduğunu qeyd edərək, İsrailin mümkün müdaxiləsi ilə bağlı narahatlıqlarını ifadə edib. Səudiyyəlilər artıq İran liderləri ilə əlaqə saxlayıblar və Parisdə yüksək səviyyəli ikitərəfli görüş keçirmək, ardınca ABŞ və İran arasında fikir mübadiləsi aparmaq barədə razılığa gəliblər.
Elvin
Azreform.info