Peskov: İstanbul danışıqları Kiyevin təşəbbüsü ilə dayandırılıb

25
Noy
2025
14:14

"İstanbulda Ukrayna nizamlanması ilə bağlı danışıqlar Moskvanın deyil, Kiyevin təşəbbüsü ilə dayandırılıb".

Azreform.info Ruisya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

İstanbuldakı danışıqlar bizim günahımızdan və istəklərimizdən asılı olmayaraq dayandırıldı”, - deyə Peskov qeyd edib. O vurğulayıb ki, hazırda “vəziyyət bir az fərqli inkişaf edir”, çünki Ukrayna və ABŞ prezident Donald Trampın sülh planı üzərində işləyir.

Mətbuat katibindən həmçinin Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə formatda danışıqların bərpasını müzakirə edib-etmədiklərini soruşublar. Peskov bildirib ki, “Türkiyə tərəfi hələ də xidmətlərini təklif edir”. O əlavə edib ki, “Türkiyə tərəfinin öz maraqları var və bunlar çox hallarda bizim maraqlarımızla üst-üstə düşür”.

Həmidə İbrahimova