Canan Karatayın həyat yoldaşı vəfat etdi

25
Noy
2025
11:14

Sağlamlıq mövzusunda açıqlamaları və qidalanma ilə bağlı tövsiyələri ilə tez-tez gündəmə gələn Prof.Dr.Canan Karatayın həyat yoldaşı Ali Başak Karatay vəfat edib.

Azreform.info xəbər verir ki, Ali Başak Karatay bir müddətdir səhhətində yaşadığı problemlərlə mübarizə aparırmış.

Karatay ailəsinin açıqlamasına görə, o, Moda məscidində qılınacaq günorta namazının ardından Nakkaştepe qəbiristanlığındakı ailə məzarında torpağa tapşırılacaq.

Həmidə İbrahimova