Türkiyənin İstanbul şəhərinin Bağcılar rayonundakı Plevne Parkında bədbəxt hadisə baş verib.
Azreform.info xəbər verir ki, parkda əylənən dörd uşaq mindikləri attraksionlarda elektrik cərəyanının təsirinə məruz qalıb.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Tibb işçiləri uşaqlara yerində ilkin yardım göstərdikdən sonra onları müalicə üçün xəstəxanaya yerləşdiriblər.
Bağcılar Bələdiyyəsi və polis əməkdaşları parkı istifadəyə bağlayıb və hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.
Leyla