Daha bir rayonda erkən nikahın qarşısı alındı

24
Noy
2025
14:21

Naxçıvan Muxtar Respublikası (MR) Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.

Azreform.info xəbər verir ki, rayonun Dəmirçi kəndində 21 yaşlı şəxslə 15 yaşlı qız arasında keçirilməsi nəzərdə tutulan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.

Erkən nikaha yol verilməməsi üçün tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.//Report