40 yaşlı portuqaliyalı ulduz Kriştiano Ronaldo akrobatik qolu ilə diqqət mərkəzinə düşüb.
Azreform.info xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr” - “Əl-Khalej” qarşılaşmasında hücumçu son dəqiqədə baxımlı zərbəsi ilə gündəmə gəlib.
Ronaldonun komandası 3:1 hesabı öndə olsa da, 90+6-cı dəqiqədə vurulan qol oyunu daha da maraqlı edib.
Beləliklə, Kriştianonun ümumi qollarının sayı 954-də çatıb.