Tətildən qayıdan turist naməlum xəstəlikdən elə hala düşdü ki... - FOTO

23
Noy
2025
23:35

Bali adasında uzun müddət istirahət etmiş rusiyalı turistin dərisində qəribə ləkələr və problem yaranıb.

Azreform.info  xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb. Qeyd edilib ki, həkimlər bunun Kvinke ödemi (Dərinin, dərialti birləsdirici toxumanın va selikli qişanın şiddətli, birdən inkişaf edən ödemi-red.)olduğunu ehtimal edirlər.

Baza Teleqram kanalı yazıb ki, 24 yaşlı Moskva sakini olan Anna İndoneziya adasında bir ay tətildə olub. Lakin qadın tətilinin sonuna yaxın şiddətli səpgilərlə üzləşib. Bir gecə isə o, boğazının şişməsi kimi ciddi səhhət problemi ilə oyanıb və çətinliklə nəfəs alıb.

İndoneziyalı həkimlər allergik reaksiyanın səbəbini müəyyən edə bilməyiblər. Annanın sözlərinə görə, bu, müəyyən yerli yeməklərə və ya zəhərli maddə ifraz edən böcəklərlə təmasa görə ola bilər.

Maraqlıdır ki, həkimlər rus qadına antihistamin iynələr vursalar da, şişkinlik 24 saat ərzində yenidən yaranıb.