Poqba iki il sonra meydana qayıtdı

23
Noy
2025
18:35

“Monako”nun futbolçusu və DÇ-2018-in qalibi Pol Poqba iki il futboldan kənarda qaldıqdan sonra meydana qayıdıb.

Azreform.info xəbər verir ki, yarımmüdafiəçi Fransa Liqa 1-in 13-cü turunun “Renn”ə qarşı oyununda sonradan meydana çıxıb. Poqba 11 dəqiqə oynayıb və “SofaScore” tərəfindən 6,7 reytinq balı alıb.

“Monako” 1:4 hesablı ilə məğlub olub. Bu, Sebastien Pokonoli komandasının Fransa çempionatında ardıcıl üçüncü məğlubiyyətidir.

Pol Poqba bu yay “Monako”ya pulsuz transfer edilib, lakin səhhətində yaranan problemlər səbəbindən meydana çıx bilməmişdi.