Bu ölkəyə uçuşlar dayandırıldı

23
Noy
2025
10:35

ABŞ-ın mülki aviasiyaya Karib dənizində hərbi fəaliyyətin artması ilə bağlı xəbərdarlığından sonra dünəndən başlayaraq altı aviaşirkət Venesuelaya uçuşları ləğv edib.

Azreform.info xəbər verir ki, məlumatı Venesuela Hava Yolları Assosiasiyasının prezidenti Marisela de Loayza "France-Presse" agentliyinə açıqlayıb.

Venesuelaya uçuşları ləğv edənlər arasında Braziliyanın GOL şirkəti, İspaniyanın Iberia, Kolumbiyanın Avianca, Portuqaliyanın TAP, Çilinin Latam və Trinidad və Tobaqodan olan Carribean şirkətləri də var.