Rusiyanın Ukraynadan güzəştlər istəməyə haqqı yoxdur - Kallas

22
Noy
2025
22:42

Sülh müqaviləsi çərçivəsində Rusiyanın Ukraynadan güzəştlər istəməyə haqqı yoxdur.

Azreform.info Sky News-a istinadla xəbər verir ki, bunu  Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə bildirib. Kallas deyib ki, sazişin əsas müddəaları Kiyev tərəfindən müəyyən edilməlidir.

Kallas qeyd edib ki, Avropa və Ukrayna münaqişənin sülh yolu ilə həllinə sadiqdirlər, lakin onlar sadəcə təcavüzə təslim ola bilməzlər. O, bildirib ki, Aİ Rusiya-Ukrayna münaqişəsi üçün İttifaqın və Ukraynanın maraqlarını əhatə edən istənilən sülh planını dəstəkləyəcək.

Elvin

Azreform.info