Çin bu ölkəyə qarşı müharibəyə hazırlaşır - Peyk görüntüləri yayılıb

22
Noy
2025
11:49

Çin Tayvanda nəzarəti təmin etmək üçün hərtərəfli tədbrilər planı  həyata keçirməyə başlayıb.

Azreform.info xəbər verir ki, “Reuters” Çinin Tayvana qarşı potensial amfibiya əməliyyatı üçün hərəkətə keçdiyini və mülki bərələri və göyərtəli yük gəmilərini hərbi təyinatlı formaya çevirmək üçün işə başladığını açıqlayıb. 

Yüksək tezlikli peyk görüntüləri və gəmi izləmə sistemləri ilə dəstəklənən tapıntılar təsdiqləyir ki, Pekin ənənəvi amfibiya donanmasından əlavə, quru qoşunları və təchizatların xaricə daşınması üçün geniş miqyaslı dəstək qüvvələri qurur. Bu sistemin xüsusilə Tayvanın liman infrastrukturu məhv edildiyi  təqdirdə Çin ordusunun ələ keçirdiyi ərazidə qalmasının davamlılığını təmin etmək üçün nəzərdə tutulduğu bildirilir. 

“Reuters” “BlackSky Technology” peyk məlumat provayderindən istifadə edərək əldə etdiyi görüntülər Çin yük gəmilərinin Guangdong sahillərində nəqliyyat vasitələrini birbaşa sahilə çıxartdığını göstərir. Çinin bu gəmiləri gücləndirilmiş rampalar, gücləndirilmiş göyərtələr və sürətli çevrilmə imkanları ilə təchiz etdiyi bildirilir. 

Mürtəza