Zelenski sülh planını təsdiq etməli olacaq, başqa variant yoxdur.
Azreform.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ukraynaya dair 28 bəndlik sülh planını Vladimir Zelenski ilə müzakirə edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib:
"Bizim planımız var. Biz sülhə nail olmaq üçün bir yol tapdığımızı düşünürük. O, bunu təsdiq etməli olacaq".
Jurnalist sülh planının bəzi tənqidlərə məruz qaldığını qeyd edəndə Tramp belə cavab verib: "Sən demək istəyirsən ki, Zelenskinin xoşuna gəlmir? Bu, xoşuna gəlməlidir, bəyənməsə, məncə, o, mübarizəni davam etdirə bilər. O, bir il əvvəl, iki il əvvəl razılıq əldə etməli idi", - Tramp qeyd edib.
Mürtəza