Partlayışdan sonra mebel sexinin dağıntıları altında qalanların olduğu ehtimal edilir 

16
Yan
2024
11:21

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş partlayışla əlaqədar dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Oxu.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, yeddi nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.