Dünyanın ən böyük hörümçək toru kəşf edilib.
Azreform.info NTV-yə istinadla xəbər verir ki, alimlər Yunanıstan-Albaniya sərhədindəki Kükürd mağarasında indiyə qədər kəşf edilmiş ən böyük hörümçək toru tapıblar.
"Hörümçək superşəhəri"ndəki tor 100 kvadrat metrdən çoxdur və 110.000 hörümçəyə ev sahibliyi edir.
Beynəlxalq mağara tədqiqatçıları və alimlərindən ibarət bir qrup bu "hörümçək superşəhəri" ilk dəfə 2022-ci ildə tapıb. Tədqiqat təxminən üç il davam edib.
Torda digərlərindən genetik olaraq fərqli olan iki növ hörümçək var.
Tədqiqatçılar bildirib ki, normalda tək yaşayan bu hörümçəklərin koloniyalarda birlikdə yaşadıqları ilk dəfə müşahidə olunur. Onlar bu vəziyyəti "fövqəladə" adlandırıb.
Alimlər Kükürd mağarasının hörümçəklər üçün bu qədər cəlbedici olmasının səbəbinin mağaranın dərinliklərində çoxlu sayda kiçik milçək yaşaması və onları bol qida mənbəyi təmin etməsi ilə əlaqələndirir.
Billurə