Bu ölkə ayılarla müharibəyə başladı - bölgəyə qoşun yeridildi

8
Noy
2025
14:42

Son zamanlar Yaponiyada  insanların qəhvəyi və Himalay ayıları ilə rastlaşması tez-tez baş verir ki, bu da çox hallarda ölümlə nəticələnir. 

Azreform.info “ABC News”ə istinadən  xəbər verir ki, bu qarşılaşmalar qış yuxusu mövsümünə qədər, ayıların aktiv şəkildə qida axtarmağa başladığı bir vaxtda artıb. 

Yerli sakinlər məktəblərin, qatar stansiyalarının, supermarketlərin və isti bulaqların yaxınlığında ayı görüblər. 

Ətraf Mühit Nazirliyinin məlumatına görə, oktyabrın sonunadək Yaponiyada ayı hücumları nəticəsində 100-dən çox insan yaralanıb ki, onlardan 12-si ölüb

Yaponiya hökuməti hesab edir ki, ölkədə ayıların ümumi sayı  normadan 54 min ədəd çoxdur. 
 Ayıların hücumlarının qarşısını almaq məqsədi ilə Akita prefekturası və Müdafiə Nazirliyi əsgərlərin  bölgəyə yerləşdirilməsi  barədə müqavilə imzalayıb. Əsgərlər tələlər qurmaqla ayıları ovlayacaqlar. 

Mürtəza