İlham Əliyev İslam İnkişaf Bankı Qrupu ilə imzalanmış memorandumu təsdiqlədi

14
Okt
2025
16:42

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu təsdiq edilib.

Azreform.info  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, memorandum 2025-ci il mayın 22-də Əlcəzair şəhərində imzalanıb.