MM Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişini təsdiqləyəcək

14
Okt
2025
15:49

Milli Məclisdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiq ediləcək.

Azreform.info xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin oktyabrın 17-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, plenar iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.