Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI

14
Okt
2025
10:56

"Rüsumlardan sonra ABŞ dünyanın ən varlı ölkəsinə çevrildi".

Azreform.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

Tramp qeyd edib ki, amerikalılar indi “yüz milyardlarla dollar qazanırlar”.

Onun sözlərinə görə, Misirdə görüşdüyü bəzi ölkələrin nümayəndələri də indi daha yüksək tariflər ödəməli olsalar da, “özləri də kifayət qədər varlıdırlar” və bu vəziyyətlə baş edə bilərlər.

Bundan əvvəl Tramp açıqlamışdı ki, ABŞ idxal tariflərindən ildə bir trilyon dollardan çox gəlir əldə edəcək. O vurğulayıb ki, rüsumlar “indi-indi bəhrə verməyə başlayır” və onların tətbiqindən əldə edilən gəliri 200 milyard dollardan çox qiymətləndirib.

Həmidə İbrahimova