Türkiyədə dilənçinin üstündən çıxan qızılların qiyməti şok etdi - VİDEO

13
Okt
2025
15:21

Türkiyədə dilənçilik edən şəxsin üzərindən külli miqdarda qızıl və nağd pul vəsaiti tapılıb.

Azreform.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə İstanbulun Esenyurt bölgəsində baş verib.

Polisin keçirildiyi əməliyyatla Esenyurt Dövlət Xəstəxanası qarşısında dilənçilik edən yaşlı qadın saxlanılıb.

Onun üzərindən 625 min lirə (təx. 25 416 min manat) dəyərində 67 ədəd çeyrek (qramın 4-də biri qədər) və külli miqdarda nağd pul vəsaiti ələ keçirilib.

Yaşlı dilənçinin vətəndaşların dini və humanist münasibətindən istifadə edərək pul topladığı üçün inzibati qaydada cərimələndiyi bildirilir.

Billurə