Bu ölkənin vətəndaşlarına İlon Maskın internetindən istifadə qadağan edilib

17
Noy
2023
18:34

Starlink-dən şəxsi məqsədlər üçün istifadə Qazaxıstanda qanunsuzdur. Azreform.info Tengrinews.kz istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin Telekommunikasiya Komitəsinin rabitə sahəsinə nəzarət şöbəsinin rəhbəri Dias Tolegenov deyib.

Nazirlikdə keçirilən brifinqdə jurnalistlər qazaxıstanlıların Starlink internetindən istifadə etməsi məsələsini qaldırıblar. Bunun qanunsuz olduğu ortaya çıxdı.

O əlavə edib ki, pilot layihə üzrə texniki işlər tamamlanana və qanunvericiliyə müvafiq dəyişikliklər edilənə qədər bu, “qanunsuz olacaq”.