Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünə çıxacaq.
“Azreform.info ”ın məlumatına görə, baş məşqçi Ayxan Abbasov Rumıniya klubu “Voluntari” ilə matçda komandasını sınaqdan keçirəcək.
“Topkapı Sport Center”in meydanında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Tovuzlular yanvarın 15-də daha iki oyun keçirəcəklər. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqanın ilk yarısından sonra 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bölgə təmsilçisi yanvarın 22-də XIX turun matçında “Kəpəz”lə qarşılaşacaq.