İrəvan Bakının tələblərini qəbul edəcək, risk yüksəkdir, Moskva ilə... - "Stratfor"

8
Yan
2024
17:07

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı olsa da, Azərbaycan Ermənistan üzərində təsir rıçaqlarını saxlamağa çalışdığı üçün alovlanma və ya tammiqyaslı müharibənin yenilənməsi riski yüksək olaraq qalacaq. 

Azreform.info xəbər verir ki, bu barədə Amerikanın “Stratfor” analitik mərkəzinin 2024-cü il üçün proqnozları ilə bağlı dərc etdiyi hesabatda deyilir.

Hesabatda deyilir ki, İrəvan Bakı ilə sülh sazişi bağlamaq üçün səylərini davam etdirəcək. "Lakin regional tranzit dəhlizlərinin şərtləri ilə bağlı fikir ayrılıqları danışıqlara mane olmaqda davam edəcək.

Ermənistanın Bakının təkidinə qarşı çıxmaq üçün Qərblə artan siyasi əlaqələrindən və onun hərbi dəstəyindən istifadə edəcək. Ancaq İrəvanın cüzi təsir rıçaqlarının olduğunu nəzərə alsaq, o zaman İrəvan Bakının Ermənistanın cənubundan tranzit keçməsi və sərhədlərin delimitasiyası tələblərini qəbul edəcək”, -  hesabatda deyilir.

"Stratfor" onu da yazır ki, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə qalxacaq. 

"Cənubi Qafqazda Şərq-Qərb tranziti ilk növbədə Gürcüstan vasitəsilə həyata keçiriləcək, Bakı isə Rusiyanı İranla birləşdirən Şimal-Cənub infrastrukturunun inkişafına töhfə verəcək", - sənəddə deyilir.

Mürtəza
Azreform.info