Paşinyan Qarabağla bağlı bunları qadağan etdi – SİYAHI

7
Yan
2024
16:28

Yeni il ərəfəsində Ermənistanda ilk dəfə olaraq bütün ermənilərin katolikosunun televiziyada xalqa müraciəti və təbrikinə icazə verilməməsi ölkədə gərginliyin artmasına səbəb olub.

Azreform.info Globalinfo.az-a istinadla xəbər verir ki, Ermənistan katolik kilsəsinin patriarxının efirə buraxılmaması dini kəsim arasında etirazla qarşılanıb. İddia olunur ki, patriarx Qarabağ məsələsində radikal fikirlər səsləndirdiyi, hakimiyyətin məsələni bağlamaq arzusunun əksinə olaraq insanları intiqama səslədiyi üçün bu addım atılıb.

Erməni KİV yazır ki, antiterror əməliyyatından sonra rəsmi İrəvan mətbuata tapşırıqlar verib. Sözügedən tapşırıqda təbrik mesajlarında “artsax”, “məcburi köç”, “itki”, “fəlakət”, “evsiz”, “məhkəmə” kimi neqavit sözlərin yer almasının qadağan edildiyi vurğulanıb.

Qeyd edək ki, 2024-cü ildə Ermənistanda ciddi dəyişikliklərin həyata keçiriləcəyi iddia edilir. Növbədənkənar parlament seçkilərinin olacağı, dövlət idarələrindən hakimiyyətə bağlı olmayan kadrların kənarlaşdırılacağı, hətta ölkənin dini rəhbərinin dəyişdiriləcəyi deyilir.