"Zirə" 18 yaşlı futbolçu transfer edib

2
İyl
2025
17:21

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Azreform.info xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Qartallar" Abdul Aziz Batibieni heyətinə qatıb. Komanda toqolu futbolçu ilə 4 illik müqavilə bağlayıb.

Qeyd edək ki, bu, 18 yaşlı vingerin karyerasında ilk peşəkar müqavilədir.