Avropa İttifaqı Şurasının sədri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər.
“Azreform.info ” xəbər verir ki, bu barədə məlumatı Ş.Mişel Belçika qəzetlərinə müsahibəsində açıqlayıb.
Buna səbəb isə Mişelin Avropa Parlamentinə bu ilin iyun ayında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olmasıdır.
“2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlmişəm. Seçilsəm, öz yerimi tutacağam. Avropa Şurası isə iyunun sonunda və ya iyulda yeni sədri elan edə bilər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasına rəhbərlik edir. Bundan əvvəl isə Belçikanın Baş naziri olub. Onun Aİ Şurasının Prezidenti olaraq səlahiyyət müddəti cari ilin noyabrında başa çatır. Avropa Parlamentinə seçkilər isə iyunun 6-dan 9-na qədər keçiriləcək.