Qoşunların Ermənistan-Azərbaycan sərhədindən güzgü prinsipi ilə çıxarılması təklifi qüvvədə qalır.
Azreform.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfi həmişə qoşunların Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən güzgü prinsipi ilə çıxarılmasının tərəfdarı olub və bu, hələ də qüvvədədir”, - deyə məlumatda bildirilir.