Bilnken Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib

6
Yan
2024
19:00

ABŞ Dövlət katibi Antoni Bilnken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.

"Report" bu barədə TRT-yə istinadən xəbər verir.

Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar. H.Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginlik istəmir.