Fernando Diniz Braziliyanın futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsindən azad edilib.
Məlumata görə, Braziliya Futbol Konfederasiyasının rəhbəri Ednaldo Rodriges müvafiq qərarını “Fluminense”nin prezidenti Mario Bittenkura çatdırıb.
Diniz yığmanın və Braziliya klubunun baş məşqçisi vəzifələrini daşıyırdı.
Qeyd edək ki, Dinizin 49 yaşı var və 2023-cü ilin iyulunda birillik müqavilə ilə bu vəzifəyə təyin olunmuşdu. 2023-cü ildə onun rəhbərliyi altında “Fluminense” Libertadores Kubokunu qazanıb və Klublararası Dünya Çempionatının finalına yüksəlib.
Dinizlə birlikdə Braziliya millisi altı oyun keçirib, bunların ikisində qələbə qazanıb, bir dəfə heç-heçə edib, üçündə isə məğlubiyyətlə üzləşib. 2026-cı il dünya çempionatının seçmə mərhələsində Braziliya altı turdan sonra yeddi xalla altıncı yerdədir./oxu.az