"Liverpul" İngiltərə klubunun futbolçusu ilə maraqlanır

16
İyn
2025
00:00

İngiltərənin "Liverpul" klubu "Nyukasl"ın futbolçusu Entoni Qordonla maraqlanır.

Azreform.info xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı vinger üçün 100 milyon funt-sterlinq ödəməyə hazırdır.

Fransa təmsilçisi PSJ Bredli Barkolanı satmaqdan imtina etdiyi üçün "qırmızılar" Qordona yönəlib.

Qeyd edək ki, Entoni Qordon 2024/2025 mövsümündə İngiltərə klubunda 42 matçda iştirak edib, 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.