“Kəpəz” ilk transferini reallaşdırıb

5
Yan
2024
21:14

“Kəpəz” qış transfer pəncərəsində yeni futbolçu ilə güclənib. “Sarı-göylər” “Səbail”dən Amil Yunanovu cari mövsümün sonunadək icarə əsasında heyətinə qatıb.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, A.Yunanov mövsümün ilk yarısında “dənizçilər”in heyətində 14 oyunda 4 qol və 1 məhsuldar ötürmə edib.