“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 19-cu turu çərçivəsində “Las Palmas”a qarşı keçirdikləri matçda (2:1) baş hakimi təhqir edib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, görüşün 23-cü dəqiqəsində referi rəqib oyunçunun Serji Robertoya qarşı sərt oyununu kobudluq kimi qiymətləndirməyib və bu, Xavini özündən çıxarıb.
Ədalət təmsilçisi ona sərt şəkildə etiraz edən 43 yaşlı mütəxəssisə sarı vərəqə göstərib. Daha da qəzəblənən Xavi hakimi kobud şəkildə təhqir edib. Onun referinin anasını söydüyü də bildirilir. Hakim bunu eşitmədiyi üçün Xavi oyun zamanı cəzadan yayına bilib. Ancaq baş verən hadisə araşdırılsa, Xavi bir neçə oyunluq cəzalandırıla bilər.
Qeyd edək ki, "Barselona" 19 turdan sonra turnir cədvəlində 41 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider "Real"dan 7 xal geri qalır.