Ermənistan 19-20 sentyabr itkilərini açıqladı

5
Yan
2024
15:42

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın keçirdiyi antiterror əməliyyatı zananı Ermənistanın işğalçı ordusu 223 itki verib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. İstintaq Komitəsinin sədri Argişti Kyaramyan daha 244 nəfərin yaralandığını açıqlayıb.

Onun sözlərinə görə, hazırda 20 nəfər itkin düşmüş hesab olunur, onlardan beşi "mülki” şəxsdir.