Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Türkiyənin “Hatayspor” klubuna keçə bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Zaqreb “Dinamo”sunda çıxış edən forvardı hataylıların baş məşqçisi Volkan Demirel sərəncamında görmək istəyir.
Lakin Mahir Emrelinin anası Elnurə Emreli “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib: “Yazılan xəbərlər həqiqəti əks etdirmir”.
Qeyd edək ki, “Hatayaspor”da Azərbaycan yığmasının daha bir üzvü – Renat Dadaşov çıxış edir.