Bakıda keçirilən dünya çempionatında Bosniya və Herseqovina ABŞ yığmasına qalib gəlib

22
May
2025
21:21

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Bosniya və Herseqovina ABŞ yığmasına qalib gəlib.

Azreform.info xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan F qrupunun matçında avroplalılar 4:2 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0), Çexiya Argentinanı (2:1), Polşa Qazaxıstanı (2:1) məğlub edib. Monteneqro - Tailand matçında qalib müəyyənləşməyib - 1:1.