Azərbaycanın türk “süvariləri” İrəvan, Paris və Nyu-Delhi triadasına qarşı - VİDEO

4
Yan
2024
13:21

Azərbaycanın lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ üzərində suverenliyinin tam şəkildə bərpa olunmasından sonra Azərbaycan və Ermənistan arasından sülhün əldə edilməsi istiqamətində unikal tarixi imkan yarandı.

Buna baxmayaraq “daşlar ölkəsi”ndə revanşizm ideyalarının yayılması davam edir.

Bu barədə “Caliber” “YouTube” kanalında təqdim olunan videosüjetdə bəhs edilir.

“Ermənistan KİV-lərində “Qarabağ klanı” nümayəndələrinin türkofobiya və nasizmlə yüklənmiş bəyanatları dərc olunur ki, bu bəyanatlarda Qarabağ məsələsinin həll olunmadığı, yeni müharibəyə hazırlaşmağın zəruriliyi barədə iddialar yer alır.

Lakin erməni ictimaiyyətinin qonşularla sülhə hazır olmadığı və yeni müharibə xəyalları barədə ən əsaslı dəlil isə Ermənistan tərəfindən müxtəlif silah sistemlərinin əldə edilməsi və ya əldə edilməsinin planlaşdırılması ilə bağlı tez-tez yayılan xəbərlərdir”, - deyə materialda bildirilib.
“Caliber.Az” artıq Paris və Nyu-Delhinin İrəvanın revanşist istəklərini dəstəklədiyi və onu fəal şəkildə silahlandırdığı ilə bağlı məlumat verib.

“Biz dəfələrlə Ermənistana Fransanın zirehli transportyorları və Hindistan haubitsalarının tədarükü barədə, eləcə də İrəvanın Hindistan raketlərini və Fransanın hava hücumundan müdafiə sistemlərini almaq planlarından yazmışıq.

Bu hadisələr fonunda “Caliber.Az” qlobal müdafiə sənayesinin nailiyyətləri və müxtəlif silah sistemlərinin döyüşlərdə istifadəsinə dair növbəti icmalda qardaş Türkiyənin hərbi-sənaye kompleksinin bir neçə son modellərinə nəzər salmaq qərarına gəlib. Bu modellər “Bir xalq-iki dövlət” konsepsiyasına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin arsenalında istifadəyə verilə bilər və ya artıq mövcuddur”, - deyə materialda qeyd edilib.

Daha ətraflı videosüjetdə: