Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən müşahidəçilər missiyasına qurumun Baş katib Sergey Lebedev rəhbərlik edəcək.
"Report" xəbər verir ki, onun namizədliyi MDB ölkələrinin Birliyin nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib.
Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.