“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” aparıcı futbolçusunu itirə bilər.
“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, hücumçu Simon Banzanın başqa komandaya keçidi istisna edilmir.
27 yaşlı forvard Portuqaliyanın digər klubu “Benfika”nın maraq dairəsindədir. Daxili birincilikdə çempionluğu hədəfləyən Lissabon klubu hücum xəttini məhz konqolu oyunçu ilə gücləndirməyi planlaşdırır. Tərəflər razılığa gələrsə, keçid bu ay reallaşacaq.
Qeyd edək ki, Simon Banza hazırda Portuqaliya çempionatında 14 qolla bombardirlər yarışına başçılıq edir. “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.