Hindistan və Pakistan hərbçiləri arasında atışma baş verib

30
Apr
2025
00:42

Hindistan və Pakistan hərbçiləri arasında Cammu bölgəsində atışma baş verib.

Azreform.info APA-ya istinadən xəbər verir ki bu barədə "The Times of India" Hindistanın yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, bu, Pahalqamda baş verən hadisələrdən sonra Hindistan və Pakistan Orduları arasında baş vermiş ilk qarşılıqlı atışmadır.