NATO ölkəsində hərbi laboratoriya partladı: Ölən var

29
Apr
2025
22:00

Rumıniyada döyüş sursatı və silahların sınaqdan keçirildiyi hərbi laboratoriyada partlayış baş verib.

Azreform.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Antena 3" telekanalı məlumat yayıb.

Hadisə ordunun Buxarest dairəvi yolu yaxınlığında yerləşən sınaq laboratoriyasında baş verib.

Telekanalın məlumatına görə, yanğın nəticəsində bir nəfər həlak olub. Hazırda xilasedicilər digər zərərçəkənlərin olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

Partlayışın təkrarlanma riskinin qaldığı bildirilir.

Qeyd edək ki, Rumıniya NATO üzvü olan ölkələrdən biridir.